SON XƏBƏRLƏR

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022.06.29, 09:05
Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

Gunaz.tv

Əhalini narazı salan Təbrizin Kərgə bölgəsində vacib yerüstü dairəvi körpünün tikilməməsidir.  Narazılar bir neçə il bundan öncədən verilən vədlərin yerinə yetirilməməsinə etiraz ediblər.

Ötən ilin noyabr ayının 9-da Kərgəlilər geniş etiraz aksiyası keçirərək Təbriz-Tehran yolunu bağlamış və bir neçə kilometrlik avtomobil tıxacının yaranmasına səbəb olmuşdular.

Etirazçıların dağıdılması üçün bölgəyə xüsusi təyinatlı qüvvələr yeridilmiş və kərgəlilərlə şiddətli qarşıdurma nəticəsində bir neçə nəfər yaralanmışdı.

Gərginliyin artmasından qorxan yerli məsullar Kərgəyə gəlmiş və əhali ilə görüşərək qısa müddətdə yarımçıq qalan yerüstü dairəvi körpünün tikintisinin yenidən başlanacağını bildirmişdilər.

Məsələnin üstündən uzun müddət keçməsinə baxmayaraq valilik və fərmandarlığın verdiyi vədlərin heç birinin yerinə yetirilməməsi gərgəlilərin hiddətlənməsinə səbəb olub.

Xatırladaq ki, bundan bir neçə il öncə heç bir dəqiq layihə və büdcə olmadan seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində Kərgə bölgəsində dairəvi yerüstü körpünün tikintisi ilə bağlı təməlatma mərasimi həyata keçirilib.

Mərasimin üstündən illər keçməsinə baxmayaraq, vacib layihənin icrası başlanmayıb.

Bölgədə tixacların, yol qəzalarının və insan ölümlərinin çoxalmasından hiddətlənən əhali etiraz aksiyaları keçirməyə məcbur olublar.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar