SON XƏBƏRLƏR

Təbriz avtomobil zavodunun fəhlələri tətilə başladı-VİDEO

2021.11.06, 12:05
Təbriz avtomobil zavodunun fəhlələri tətilə başladı-VİDEO

Gunaz.tv

Narazı işçilər şirkətlər qrupuna daxil olan Tehran şöbəsində verilən əmək haqlarının daha yüksək olduğunu bildirib,  maaşların artırılmasını tələb ediblər. 

Təbrizli işçilər bununla yanaşı iş təsnifatının olmamasına, ağır iş şəraitinə etiraz ediblər.

Aksiyada eyni zamanda gecikdirilmiş əmək haqlarının ödənilməsi tələb edilib.

İşçilər bundan başqa əmək müqavilələrinin 3 aydan bir yenilənməsini istəyib.

Onları narazı salan həmçinin iş yerlərində əmək təhlükəsizliyinin təmin olunmamasıdır.

Qeyd edək ki, cari günəş ilində “İranxodro” şirkətlər qrupuna məxsus avtomobil zavodunun Təbriz bölməsinin işçiləri qeyd olunan problemlərlə bağlı dəfələrlə etiraz aksiyası keçirib.

Şirkət rəhbərliyinin problemin həll olunmasında maraqlı olmadığını bildirən işçilər çıxış yolunu davamlı və uzun müddətli aksiyalarda gördüklərini bildiriblər.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar