SON XƏBƏRLƏR

ABŞ-dan İrana xəbərdarlıq: “Agentliklə əməkdaşlıq etməsəniz növbədənkənar iclas keçirəcəyik”

2021.11.26, 11:18
ABŞ-dan İrana xəbərdarlıq: “Agentliklə əməkdaşlıq etməsəniz növbədənkənar iclas keçirəcəyik”

Gunaz.tv

İranın nüvə proqramına və ondan gələn təhdidə həsr olunan iclasda çıxış edən Bono İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə məkdaşlıqdan boyun qaçırmaqda günahlandıraraq, bununla bağlı rəsmi Tehrana ciddi xəbərdarlıq edib.

“Əgər İran Agentliklə əməkdaşlıqdan imtina etsə və bu yolunu davam etdirsə, bu böhrana baxmaq üçün Agentliyin İdarə Heyətinin növbədənkənar iclasını keçirəcəyik. 

Hesab edirik ki, İran uranı zənginləşdirmək üçün inkişaf etdirilmiş sentrifuqa hissələrinin istehsalı ilə məşğul olan Kərəcin TESA təsisatında müşahidə kameralarının yenidən quraşdırılmasına razılıq verməlidir. 

Bundan başqa, İran həmçinin Agentlikdən gizli saxladığı üç nüvə mərkəzində aşkarlanan uran zərrəcikləri və nüvə avadanlıqlarfının mənşəyi barədə Agentliyə izahat verməli, MAQATE ilə əməkdaşlıq edərək apardığı nüvə fəaliyyəti barədə onun bir sıra suallarına cavab verməlidir”, -deyə Amerikanın Vyanada yerləşən beynəlxalq təşkilatıardakı nümayəndəsi Louis L.Bono bildirib.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada Qərblə İran arasında aparılan danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək.

مقر آژانس بین‌المللی انرژی اتمی در وین، پایتخت اتریش

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar