Ned Prays: Amerika Vyanada İranla birbaşa danışıqlar aparmağa hazırdır”

25.01.2022, 15:43

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də jurnalistlərə açıqlamasında Vaşinqtonun Vyanada Tehranla birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Ned Praysın açıqlaması, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın həmin gün nüvə razılaşmasını canlandırmaq məqsədi ilə Vyanada keçirilən görüşlərdə ölkəsinin Amerika ilə üz-üzə və birbaşa danışıqlar aparılmasının mümkün olması ilə bağlı yaydığı bəyanatından bir neçə saat sonraya təsadüf edib.

Prays deyib ki, Amerikanın Vyanadakı nümayəndə heyəti İran nümayəndələri ilə istər nüvə məsələsində, istərsə də digər mövzular barədə birbaşa danışıqlar aparılmasını müsbət qarşılayır.

“Biz Vyanada İranla birbaşa danışıqlar aparmağa hazırıq. Biz həmişə ölkələrimizin istər nüvə, istərsə də digər məsələlər barədə birbaşa və üz-üzə danışıqlar aparmasının konstruktiv olacağını bildirmiş, bu mövqeyimizə israr etmişik”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays Vaşinqtonla Tehran arasında birbaşa danışıqlar aparmaq üçün hər hansı bir şərt irəli sürməyib. 

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 24-də mediaya açıqlamasında nüvə razılaşmasını canlandırmaq üçün Vyanada aparılan müzakirələrdə ilk dəfə olaraq, İranla Amerika nümayəndələri arasında birbaşa və üz-üzə danışıqların aparılmasının mümkünlüyündən danışıb.

O deyib ki, əgər yaxşı bir razılaşmanın əldə olunması üçün ehtiyac duyularsa, İran Amerika tərəfi ilə birbaşa danışıqlar aparmaq məsələsini yenidən nəzərdən keçirəcək.

“Bizim Vyana danışıqlarımız hazırda elə bir nöqtəyə çatır ki, bizim bir sıra texniki mövzularla bağlı müzakirələrimiz yaxın vaxtlarda yekun mərhələsinə çatacaq və biz siyasi qərarımızı verməliyik. 

Hesab edirəm ki, əgər yaxşı və yüksək zəmanətli bir razılaşmaya çatmaq üçün ehtiyac və zərurət yaranarsa biz Amerika nümayəndələri ilə birbaşa danışıqlar apara bilərik”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronovirus yoluxan uşaqların sayı artıb

2022-05-25

gun az article

Güney Azərbaycanda dəmiryolu işçiləri etirazlara başlayıb

2022-05-25

gun az article

Güney Azərbaycan ali məktəbləri Ərzrum Universiteti ilə əməkdaşlıq edəcək

2022-05-25

gun az article

Şərqi Azərbaycanda məktəb və dövlət idarələri bağlandı

2022-05-25

gun az article

Güneyli alimin edam hökmünün ləğvi istəyi ilə mitinqə çağırış edilib

2022-05-25

gun az article

Abbas Lisani yenidən əməliyyat olunub

2022-05-25

gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24

gun az article

“Azadlıq səsi”ndə müzakirə:  “1 Xordad 1 (22 may) qiyamının ildönümü”-VİDEO

2022-05-24

gun az article

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

2022-05-24

gun az article

Təbrizdə işçilər etiraz aksiyası keçirib

2022-05-24

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyib

2022-05-23

gun az article

Abbas Lisani məhkəməyə çağırılıb

2022-05-23

gun az article

"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

2022-05-23

gun az article

Zənganda məhkum edam edilib

2022-05-23

gun az article

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022-05-23