Tehranda həbslər olub: Valyuta bazarına “müdaxilə edən” 42 nəfər saxlanılıb

15.12.2021, 17:40

Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Rəhimi dekabrın 14-də mediaya açıqlamasında paytaxtın valyuta bazarının işinə “xələl gətirən” daha 42 nəfəri həbs etdiklərindən xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, polisin “Kaşef” adlı planının icra olunmasının ardınca valyuta bazarına müdaxilə edən və dolların məzənnəsinin qalxmasına səbəb olan daha 42 nəfər həbs edilib.

“Bundan başqa, polis onlara valyuta dəyişmə məntəqəsində yoxlama aparıb, valyuta bazarına və dolların qiymətinin artmasına təsir edən 20 valyuta dəyişmə məntəqəsinin qapılarını möhürləyərək fəaliyyətinin qarşısını alıb”, -deyə Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Rəhimi bildirib.

Polis komandanı həbs edilən şəxslərin adlarını açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) dekabrın 9-da bəyanat yayaraq, ölkənin “valyuta bazarına xələl gətirən” 5 nəfəri həbs etdiyini açıqlamışdı.

“Həmçinin ölkə üzrə lisenziyası olmadan valyuta bazarında fəaliyyət göstərən və xarici valyutanın məzənnəsinə təsir edən 841 nəfərin kimliyi müəyyənləşdirirərək bank hesabları bağlanılıb”, -deyə Nazirliyinin yaydığı bəyanatında bildirilmişdi.

İranda dolların məzənnəsi yeni rekord qırıb: 1 dollar 29 min 200 tümən

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

2022-05-19

gun az article

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

2022-05-19