SON XƏBƏRLƏR

Əli Fədəvi: “Bacardığımız qədər husilərə yardım edəcəyik”

2021.10.20, 07:36
Əli Fədəvi: “Bacardığımız qədər husilərə yardım edəcəyik”

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının baş komandanının canişini Əli Fədəvi, mayın 30-da dövlət televiziyasına müsahibəsində İranın yaraqlı husilərə dəstəyindən əl çəkməyəcəyindən danışıb.

 

O bildirib ki, Yəmən hazırda mühasirədə olduğuna görə, “Sepah” husilərə istədiyi qədər yardım göstərə bilmir: “Biz bacardığımız qədər husilərə yardım edəcəyik. Təsəvvür edin ki, əgər biz Suriyada olduğu kimi Yəmənə də gedə bilsəydik, indi vəziyyət belə olmazdı və hər şey başqa cür olardı. Biz, “Quran”a əsasən rəftar edir, əlimizdən gəldiyi qədər onlara yardım edir, gələcəkdə də bu yardımı davam etdirəcəyik. Bu bizim borcumuzdur. Lakin buna baxmayaraq, bu gün husilər hazırkı güc və qabiliyyətlərini özləri əldə ediblər.

 

Bu gün, Yəmən tam mühasirədə olduğuna görə, “Sepah” lazımi qədər husilərə yardım və dəstək verə bilmir. Bu işdə “Sepah”ın əli o qədər də açıq deyil. Husilər İran islam inqilabının qaydalarına uyğun rəftar etdiklərinə görə də, onların əldə etdiyi nəticələr də bizimkinə bənzəyir. Biz Yəmən olaylarında rol oynamırıq, oynasaydıq, husilər indi Ər-Riyadda olardılar” –deyə Əli Fədəvi vurğulayıb.

 

Xatırladaq ki, son vaxtlar, Yəməndəki yaraqlı husilərin İrandan aldığı silahlarla Səudiyyə Ərəbistanı şəhərlərinə qarşı raket hücumlarının sayı artıb. Bu isə Ər-Riyadla Tehran rəsmiləri arasında söz müharibəsinin şiddətlənməsinə səbəb olub.

 

"Sepah"ın dəstəklədiyi yaraqlı husilər

 

Mayın 14-ü, sübh saatlarında Səudiyyə Ərəbistanının Əd-Dəvadmi və Əfif əyalətlərində “Aramco” şirkətinə məxsus iki neft pompaj stansiyası, İranın dəstəklədiyi husilərin raket hücumlarına məruz qalıb. Hadisədən az sonra husilər bəyanat yayaraq, həmin hücumun məsuliyyətini rəsmən öz üzərlərinə götürüblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar