SON XƏBƏRLƏR

Esper: “İran addım-addım müzakirə nöqtəsinə yaxınlaşır”

2021.10.20, 07:36
Esper: “İran addım-addım müzakirə nöqtəsinə yaxınlaşır”

Gunaz.tv

GünAz TV: Londona rəsmi səfərə gedən Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper İranın addım-addım müzakirə nöqtəsinə yaxınlaşdığını deyib.

 

Londonda yerləşən tədqiqat mərkəzlərindən birində çıxış edən Esper iki ölkə arasında müzakirələrin baş tutacağına ümid etdiyini deyib.

 

Son aylar ərzində İranla ABŞ arasında siyasi gərginliklər yüksələn xətlə davam edir. Rəsmi Vaşinqton Tehranı nüvə və raket proqramlarını, eləcə də regionda həyata keçirdiyi təxribatçı addımlarını dayandırmağa vadar etmək üçün yenidən danışıqlarlar masasına oturtmaq istiqamətində maksimum təzyiq siyasətini davam etdirir.

 

Bu təzyiq nəticəsində İran iqtisadiyyatı böyük problemlərlə üzləşib. Son statistikalara əsasən, İranın xarici gəlirlərinin təqribən 70%-ni təşkil edən neft satışı da hər ötən ay daha da azalmaqdadır. Belə ki, avqust ayı ərzində Tehran gündəlik cəmi 140 min barelə yaxın neft ixrac edə bilib. İxrac edilmiş qara qızılın böyük hissəsi isə Çinin 2 şirkətinə olan borc qarşılığında onlara pulsuz verilib.

 

İran prezidenti Həsən Ruhani Amerika ilə yenidən müzakirələrə başlamaq üçün sanksiyaların tamamilə aradan qaldırılmasını ilkin şərt kimi irəli sürüb. Lakin Donald Tramp embarqoların qaldırılmayacağını bəyan edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar