SON XƏBƏRLƏR

Fransanın “CMA CGM” gəmiçilik şirkəti İranla əməkdaşlığını dayandırdı

2021.10.20, 07:36
Fransanın “CMA CGM” gəmiçilik şirkəti İranla əməkdaşlığını dayandırdı

Gunaz.tv

GünAzTV: Fransanın əsasən konteyner daşımaq fəaliyyəti ilə məşğul olan “CMA CGM” Gəmiçilik Qrupu (şirkəti) İranla əməkdaşlığını dayandırıb.

 

“CMA CGM” dəniz nəqliyyat şirkətinin icraçı direktoru Rodolf Saade iyulun 7-də jurnalistlərə açıqlamasında şirkətin İranla əməkdaşlığına son qoymasını Amerikanın bu ölkəyə qarşı tətbiqinə başladığı sanksiyalarla bağlı olduğunu bildirib: “Biz, Tramp hökumətinin bu barədə qərarını nəzərə alaraq İrana göstərdiyimiz xidməti dayandırmaq qərarna gəldik. Bizim çinli rəqiblərimiz bu məsələyə şübhə ilə yanaşırlar. Bu da bəlkə ona görədir ki, onların Trampla əlaqələri bizimkindən fərqlidir. Lakin biz qoyulan qanun və qadağalara riayət edir, onu icra edirik”.

 

CMA CGM Gəmiçilik Qrupunun (şirkətinin) rəhbəri Rodolf Saade

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq şirkəti, bir-birinin ardınca İranla əməkdaşlığını dayandırmaq qərarına gəlib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar