SON XƏBƏRLƏR

Güney Azərbaycan: Böyük sərkərdə Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib

2021.10.20, 07:36
Güney Azərbaycan: Böyük sərkərdə Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda böyük sərkərdə, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib.

 

Böyük sərkərdənin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi bazar günü bir çox yerli məsulların iştirakı ilə keçirilib. Heykəl Araz Azad Ticarət Məntəqəsinin Abbas Mirzə meydanında ucaldılıb.

 

Araz Azad Ticarət Məntəqəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, 6 metr hündürlüyündə olan heykəl 3 metr hündürlüyündə daşın üstündə qərarlaşıb. Ticarət Məntəqəsinin Texniki İşlər üzrə Bölümünün təşəbbüsü ilə həyata keçirilən layihə ustad Mehrdad Abbaszadə tərəfindən icra olunub.

 

Məlumata görə, dəmir sütun üzərində ucaldılan heykəl fiberglasdan hazırlanıb, onun 1200 kiloqram çəkisi olduğu bildirilir.

 

 1788-ci ildə dünyaya göz açan Fətəli şаh оğlu Аbbаs Mirzə Azərbaycanın hərb tarixinin görkəmli nümayəndəsi, böyük sərkərdə, qəhrəman və Qacar taxt-tacının vəliəhdidir.

 

Abbas Mirzə 1799-cu ildən Güney Azərbaycanın, 1831-ci ildən Kеrmаnın və Хоrаsаnın vаlisi оlub. O 47 yaşında şübhəli bir şəkildə dünyasını dəyişib.

 

Abbas Mirzə Azərbaycan valisi olduğu zaman şəhərlərin abadlaşdırılması, hərb, ictimai məsələlər və s. kimi sahələrdə bir çox islahatlara imza atıb. O ordunu gücləndirərək bir çox iğtişaşçı və talançı dəstələri zərərsizləşdirib. Azərbaycanlı sərkərdə rus ordusu ilə savaşda göstərdiyi cəsarətə görə bir müqavimət simvolu kimi tarixə düşüb.

 

 

 N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar