SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefon əlaqəsi saxlaya bilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefon əlaqəsi saxlaya bilib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallara Təbriz Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefonla danışmağa icazə verilib.

 

Məlumata görə, Babək Hüseyni Müqəddəm, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Əkbər Mühaciri, Şahin Bərzgər və Məhəmməd Mahmudi fevralın 13-də Təbriz zindanından ailələrinə zəng edərək söhbət ediblər.

 

Fəallar İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı 2019-cu il noyabrın 17-də ev və ya iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onlar Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra ötən günlərdə bu şəhərin mərkəzi zindanına köçürülüb. Azərbaycanlı fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Təbriz Məhkəməsinin 16-cı şöbəsinin hakimi (bazpors) cənab Musəvi adı çəkilən fəalların dosyesi ilə məşğul olur. O bundan əvvəl bildirmişdir ki, fəalların saxlanması qarşıdan gələn parlament seçkilərindən sonra da davam edə bilər.

 

Musəvi İranın Ettelaat Nazirliyinin əlaltılarındandır. O fəallar saxlandığı müddətdə onların ailəsinə münasibətdə təhqiramiz hərəkətlərə yol verib. Hətta fəallardan birinin ailə üzvlərinin ilə danışığında “onları gözləməyin, hamısı edam olunacaq” deyə gözlənilməz ifadə də işlətmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar