SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəalların zəlzələ bölgəsinə yardımları davam edir

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəalların zəlzələ bölgəsinə yardımları davam edir

Gunaz.tv

GünAz TV: 2019-cu il noyabr ayının əvvəllərində Şərqi Azərbaycanın Miyana və Sarab məntəqəsində baş verən Zəlzələ bölgəsində hələ də ağır vəziyyət hökm sürür. Güney azərbaycanlı milli-mədəni fəallar təbii fəlakətdən zərərçəkən soydaşlarımıza yardım etməyə çalışır.

 

Zəlzələdən zərərçəkənlərin soyuq hava şəraitində yetəri qədər qızınmaq vasitələri yoxdur, bölgə əhalisinin bir çox yardıma ehtiyacı var.


Dövlətin təbii fəlakət bölgəsinə laqeyd münasibət bəsləməsi Azərbaycan əhalisi, xüsusi ilə də milli-mədəni fəalların məsuliyyətini artırıb. Fəallar imkanları daxilində zəlzələdən zərərçəkənlərə yardım etməyə çalışır.

 

Son yardımlar çərşənbə günü, yanvarın 29-da təbii fəlakət bölgəsinə çatdırılıb.


Məlumata görə, bir qrup güney azərbaycanlı milli-mədəni fəal zəlzələ bölgəsinə gedərək topladıqları yardımları şagirdlər və təbii fəlakətdən zərərçəkən soydaşlarımıza çatdırıblar.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar