SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları güneyli fəalın evində axtarış aparıb

2021.12.13, 13:04
Təhlükəsizlik məmurları güneyli fəalın evində axtarış aparıb

Gunaz.tv

Fəalın yaxınlarının verdiyi məlumata görə, dekabrın 11-də Ərdəbil əyalətinin təhlükəsizlik idarəsindən fəala zəng edilib və o suallara cavab vermək üçün 20 dəqiqəliyinə idarəyə çağırılıb. 

Bunun qanunsuz olduğunu bildirən Meysəm Colani məhkəmə qərarının göndərilməsini istəyib və idarəyə getməkdən imtina edib. 

Milli fəalın hansı səbəblərə görə, hansı suallara cavab vermək üçün təhlükəsizlik idarəsinə çağrıldığı barədə məlumat olmasada, onun 21 Azər (12 dekabr) Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı çağırıldığı ehtimal edilir. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar