SON XƏBƏRLƏR

İranda daha 1 sərnişin təyyarəsi qəzaya uğrayıb

2021.10.20, 07:36
İranda daha 1 sərnişin təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv

GünazTV: İranın Kirmanşah şəhərində daha 1 sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Məlumatlara əsasən, bu gün (fevralın 1-i) Tehrandan Kirmanşaha uçan İran Aviasiya Şirkətinə məxsus “Airbus 319” tipli sərnişin təyyarəsi sübh saat 6 radələrində Kirmanşah hava limanında yerə enərkən uçuş zolağından çıxıb.

 

Hadisəyə səbəb kimi təyyarənin eniş zamanı qabaq təkərlərində texniki nasazlığın yaranması və qarlı hava şəraitində yerin sürüşkənliyi əsas göstərilir.

 

 Göyərtəsində 102 sərnişin və 8 ekipaj üzvü olduğu bildirilən sərnişin təyyarəsində ölən və ya xəsarət alan olmayıb.

 

Hadisədən az sonra İran Aviasiya Şirkətinin sözçüsü Rza Cəfərzadə jurnalistlərə açıqlamasında təyyarənin qəza keçirməsi ilə bağlı yayılan xəbərləri təsdiq edərək, qəzanın əsas səbəblərinin araşdırılmasına başlandığını bildirib.

 

Qeyd edək ki, son həftələr İranda təyyarə qəzalarının sayı artıb.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar