SON XƏBƏRLƏR

İRANDA EDAMLAR SƏNGIMƏK BILMIR

2021.10.20, 07:36
İRANDA EDAMLAR SƏNGIMƏK BILMIR

Gunaz.tv
İRANDA EDAMLAR SƏNGIMƏK BILMIR DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki gün öncə Tehranın Evin həbsxanasının 7 nəfər edama məhkum edilmiş şəxsdən 3-ü edam edildi, 4 nəfər isə həbsxanaya geri qaytarıldı. Edam olunanlardan 21 yaşlı Rza, Nəqib və başqa bir Rza adlı şəxsi soyadları və yaşları bəlli olmayan 3 nəfər səhər tezdən Evin həbsxanasında dar ağacından asıldılar. Bununla yanaşı çoxlu sayda edam hökmünü gözləyən məhkumlar Evin həbsxanasında istintaq araşdırmaları aparılır. Həmin gün 7 nəfərin edam olunması gözlənilsədə zərər çəkmişlərin yaxınlarının iştirakı olmadığına görə həmin 4 nəfərin edamı müvəqqəti olaraq təxirə salınıb. Beynəlxalq Əfv Təşkilatı İranda keçən il 317 nəfərin edamını təsdiq etmiş və bildirmişdir ki, İran dövləti dünyada dövlətlər arasında açıq edam cəzasını həyata keçirən dövlətlərin birinciliyini əldə edibdir. Bəyanatda bildirilir ki, 317 nəfərin edamı rəsmi sənədlərlə İran dövləti tərəfindən təsdiq olunub. Lakin İranda edam olunanların sayı qat-qat bu rəqəmlərdən artıq ola bilər. Ona görə ki, İranda mətbuat və söz azadlığı kobud şəkildə pozulduğuna görə informasiyalar beynəlxalq təşkilatlara çox çtin proseslər keçdikdən sonra çatdırılır. Iran hakimiyyətinin bu əməlləri bütün beynəlxalq insan haqları təşkilatlarının narahatçılığına səbəb olmuş, 2007-ci il sentyabr ayında BMT-nin insan haqları komitəsində dünyada edamın ləğv edilməsi ilə bağlı səs çoxluğu ilə qərara qəbul olunmuşdur. Hal hazırda əksər dövlətlər həmin bəyanatı qəbul edərək edam cəzasını öz qanunvericiliyindən çıxarmışlar. Ümumilikdə Avropa ölkələrində ölüm cəzası ləğv olunmuşdur. Iran dövləti azyaşlıları, qadınları, siyasi fəalları edam etməkdə dünyada birinci yerdədir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar