SON XƏBƏRLƏR

İranda təhlükəsizlik qüvvələri koronavirus məsələsini nəzarətə götürüb- Bir neçə nəfər həbs edilib

2021.10.20, 07:36
İranda təhlükəsizlik qüvvələri koronavirus məsələsini nəzarətə götürüb- Bir neçə nəfər həbs edilib

Gunaz.tv

GünAz TV: İranda təhlükəsizlik qüvvələri koronavirus məsələsini nəzarətə götürüblər. Onlar bəzi şəxslərin xəstəliklə bağlı cəmiyyətdə qorxdu yaratdığını iddia edirlər. 

 

Səhiyyə nazirinin hüquqi və Parlament məsələləri üzrə müavini Kərim Himməti bildirib ki, təhlükəsizlik orqanları hazırda yayılmış “saxta məktublar” və “yalan xəbərləri” araşdırırlar.

 

İlam əyalətinin Dehluran rayonunun prokuroru Sabir Nücumi isə əyalət rayon ərazisində bir neçə nəfərin “koronavirusun yayılması ilə əlaqədar səs faylı yaydıqlarına görə” tutulduğu barədə məlumat yayıb. O, saxlanılan insanların sayı barədə rəqəm açıqlamayıb, lakin qeyd edib ki, “insanlar arasında qorxu və dəhşət yayanlara” qarşı ciddi tədbirlər görüləcək.

 

Mədəniyyə nazirliyinin mətbuat üzrə müavini də yaydığı bəyanatda medianı koronavirusla bağlı yalnız rəsmi xəbərləri yaymağa çağırıb.

 

“Mahan Air” şirkəti isə bəyanat yayaraq, Çinə uçuşlarını dayandırdığını, son uçuşların yalnız dövlətin tələbi ilə bu ölkəyə humanitar yardımları aparmaq üçün həyata keçirildiyini iddia edib.

 

“Mahan Air” Çinə humanitar yardımlar apardığını dediyi bir vaxtda İran Səhiyyə Nazirliyi koronavirusa görə təlabatın çoxalması səbəbindən ölkədə maska və dezinfeksiya edici gel çatışmazlığının olduğunu bəyan edib.

 

Bəzi məlumatlarda isə 3 min tümənlik maskanın hazırda 15 min tümənə satıldığı deyilir. Aptek sahibləri bildirirlər ki, onlar həmin məhsulu 12 min tümənə alırlar.

 

Qeyd etmək lazımdır ki, iki gün öncə İran Səhiyyə Nazirliyi iki Qum sakinin koronavirusdan öldüyü barədə məlumat yaymışdı. Bundan sonra yayılan xəbərlərdə ölkədə artıq bir neçə nəfərin bu öldürücü xəstəliyə yoluxduğu deyilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar