SON XƏBƏRLƏR

İranın 111 milyon barel nefti müştərisiz qalıb

2021.10.20, 07:36
İranın 111 milyon barel nefti müştərisiz qalıb

Gunaz.tv

GünAz TV: “Kpler” dəniz naviqasiyası şirkətinin yeni yaydığı statistikada iyul ayı ərzində körfəzdə və onun ətrafında lövbər salmış tankerlərdə müştərisiz qalan İran neftinin həcminin 56 milyon barel olduğunu qeyd edilir.

 

Statistikaya əsasən, İranın iyulda müştərisiz qalan neftinin həcmi may ayının əvvəlinə, yəni Amerikanın sanksiyalarda istisna kimi tanıdığı ölkələrə verdiyi möhlət müddətini dayandırmasıyla eyni zamanda olan rəqəmlərə nisbətən 2 dəfə çoxalıb.

 

 

Tankerlərdə qalan neftdən başqa, İran ölkə daxilində və xaricində olan quru ərazilərdəki neft təsisatlarında da 55.5 milyon barel neft depolayıb, hansı ki, bu rəqəm ötən 3 ayda 11 milyon barel artım olduğunu göstərir.

 

İran təkcə cari ay ərzində Çinin Cinco neft təsisatında 3 milyon bareldən çox neft depolayıb.

 

“Kpler” bildirir ki, İranın neft depolamaq üçün tankeri qalmasa da, quruda yerləşən təsisatlarda çox az da olsa, yeri var.

 

Şirkət həmçinin bildirir ki, İranın neft satışı da ötən illə müqayisədə dəfələrlə azalaraq, günlük təqribən 417 min barelə düşüb. Cari ayda İranın quruda və dənizdə depoladığı neftin miqdarı isə 42 milyon bareldən 111 milyona qədər qalxıb.

 

“Kpler” həmçinin iyun və iyul aylarının hər birində İranın Suriyaya 1 milyon barel neft göndərdiyini əlavə edib.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin noyabr ayının əvvəllərində Amerikanın İranın neft və qaz sektoruna qoyduğu embarqolardan sonra sonuncunun neft ixracatında kəskin geriləmə müşahidə olunur.

 

 

İran iqtisadiyyatının 70%-dən çoxu neft gəlirlərindən asılı olduğundan, iyulun əvvəllərində Həsən Ruhani hökumətinin rəsmiləri ölkə büdcəsinin daxilolmalarında 62 trilyon tümənlik azalma meydana gəldiyini demişdi. Dövlətin sözçüsü Əli Rəbii buna görə də büdcə xərclərinin azaldıldığını bildirmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar