SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Zahidan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum olunmuş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı məlumata əsasən, 9 il əvvəl törətdiyi qətl hadisəsindən sonra həbsdə saxlanılan Rza Şeyx adlı 40 yaşlı müttəhim, aprelin 25-i sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib. Bildirilir ki, həmin şəxs, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir gün əvvəl, həbsxananın 3-cü korpusundan təkadamlıq kameraya köçürülmüşdü. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar