SON XƏBƏRLƏR

Jackie Wolcott: “İran nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozub”

2021.10.20, 07:36
Jackie Wolcott: “İran nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozub”

Gunaz.tv

GünazTV: ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Jackie Wolcott iyunun 11-də bəyanat yayaraq, İranı nüvə sazişinin (“Bərcam”-ın) şərtlərini pozmaqda günahlandırıb.

 

 BAEA-liyinin idarə heyətinin iclasına təqdim edilən bəyanatda bildirilir ki, İranın Amerikaya qarşı bir təzyiq vasitəsi kimi istifadə edərək, uranın zənginləşdirilməsini sürətləndirməsi, Vaşinqtonu İranı baykot etmək siyasətindən əl çəkməyə məcbur edə bilməyəcək: “İran nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozub. İran razılaşma şərtlərinə sadiq qaldığını iddia etsə də, bizdə olan məlumatlar bunun tam əksini deyir. Bizə gələn xəbərlərdə bildirilir ki, İran açıq-aşkar saziş şərtlərini pozmaqla məşğuldur. Bu isə bizi ciddi nigaran edir.

 

Amerika Birləşmiş Ştatları İrandan istəyir ki, vaxtı itirmədən dərhal sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasına başlasın. Bildiyimiz kimi, nüvə sazişini imzalan tərəflərin müştərək komissiyası ciddi şəkildə bu məsələni araşdırır. Biz isə, razılaşmada imzaı olan bütün ölkələri bu məsələyə önəm verməyə çağırırıq” –deyə Jackie Wolcott əlavə edib.

 

Xatırladaq ki, rəsmi Tehran üç həftə əvvəl Avropa ölkələrini İrana verdikləri iqtisadi vədlərin  icrasını ləngitməkdə günahlandıraraq, aşağı miqdarda zənginləşdirilmiş uranın isehsal həcmini dörd dəfə artırdığını və nüvə sazişi ilə bağlı üzərinə götürdüyü bir sıra öhdəliklərin icrasını dayandırdığını bəyan edib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar