SON XƏBƏRLƏR

Kirmanşah əyalətində yağan aramsız qar nəticəsində 185 kəndin yolları bağlanıb

2021.10.20, 07:36
Kirmanşah əyalətində yağan aramsız qar nəticəsində 185 kəndin yolları bağlanıb

Gunaz.tv

GünazTV: İranın Kirmanşah əyalətində iki gündən çoxdur yağan aramsız qar nəticəsində ən azı 185 kəndin yolları tamamilə bağlanıb.

 

Bu barədə, Kirmanşahın yol və nəqliyyat idarəsinin baş direktoru Fəriborz Kərəmi fevralın 10-da jurnalistlərə açıqlama verib.

 

O deyib ki, fevralın 8-də başlayan güclü qar yağıntısı əyalətin bir çox bəlgələrində hələ də davam edir: “Lakin buna baxmayaraq, əyalətin bütün əsas yolları açıqdır. Bundan başqa, yollara duz səpilməsi və qardan təmizlənməsi işi də sürətlə aparılır.

 

Artıq hazırda 14 kəndin yolları qardan təmizlənib və digər kəndlərin yollarının açılması üçün aparılan əməliyyat davam edir” -deyə, Kirmanşah əyalətinin yol və nəqliyyat idarəsinin baş direktoru Fəriborz Kərəmi bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar