İlham Əliyev Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak edib

01.09.2022, 16:48

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib.

Sonra Prezident İlham Əliyev səfirliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Azərbaycan Prezidenti yeni binada yaradılan şəraitlə tanış olub.

Prezidentin köməkçisi Anar Ələkbərov və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dövlət başçısına binada yaradılan şərait barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanındadır.

Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.

Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. 

Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. 

Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. 

Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksessuarlar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.

Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. 

Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.

Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq da vardır. 

Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Qədim musiqi alətlərimizin sərgisi təşkil olunub və bütün musiqi janrlarımızla bağlı CD-lər və italyan dilində nəşrlərdən ibarət guşə də yaradılıb. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazırlanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.

Binanın səfirlik üçün nəzərdə tutulan iş otaqlarında fəaliyyət üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Azərbaycan Respublikası Prezidentinin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.

Binanın beşinci mərtəbəsində tədbirlərin keçirilməsi üçün Roma şəhərinin mənzərəsinə açılan böyük terras var.

Səfirliyin binasının həyətində “Xarı bülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları “Xarı bülbül” maketləri nümayiş olunur.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24