DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

20.05.2022, 11:21

Dövlət Təhlükəsizliyi (DTX) Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Başlanılan cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda

gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də

onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Belçika Parlamentinin Xarici Əlaqələr Komissiyası İranla bağlı qalmaqallı sənədi təsdiqlədi

2022-07-06

gun az article

Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2022-07-06

gun az article

İranda məhkum edam edilib

2022-07-06

gun az article

Azərbaycan Ordusunun əsgəri intihar edib

2022-07-06

gun az article

Putin məhbusları döyüşə göndərir - Sağ qalanlar əfv olunacaq

2022-07-06

gun az article

İranda saxlanılan Fransa vətəndaşlarına qarşı ittiham irəli sürülüb

2022-07-06

gun az article

Ukrayna Ontario Ali Məhkəməsində İrana qarşı iddia qaldırdı

2022-07-06

gun az article

İran prezidentinin müavininin fikirləri etiraz doğurdu

2022-07-06

gun az article

Təhlükəsizlik məmurları Evin zindanına basqın edib

2022-07-06

gun az article

İbrahim Rəisi məmurları hicabsızlığa qarşı sərt tədbirlər görməyə çağırdı

2022-07-06

gun az article

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub –RƏSMİ

2022-07-06

gun az article

Ehtiyatda olan hərbçilərin təlimləri başlanıb

2022-07-06

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedir

2022-07-06

gun az article

SEPAH “Bəsic” qərargahında baş verən partlayışla bağlı açıqlama yayıb

2022-07-06

gun az article

Səudiyyə Ərəbistanı Xameneyinin nümayəndəsinə viza vermədi

2022-07-06

gun az article

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

2022-07-06

gun az article

"Nüvə danışıqlarına qayıtmaq üçün şərtlər sonsuza qədər davam edə bilməz"-Ned Prays

2022-07-06

gun az article

Beynəlxalq Əfv Təşkilatı Belçikaya İranla razılaşma ilə bağlı xəbərdarlıq edib

2022-07-06

gun az article

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü

2022-07-05

gun az article

Britaniyada siyasi böhran - İki nazir istefa verdi

2022-07-05