SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: “Sionist rejimi keçmiş səhvlərini təkrarlasa, yer üzündən silinəcək”

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: “Sionist rejimi keçmiş səhvlərini təkrarlasa, yer üzündən silinəcək”

Gunaz.tv
GünAzTv: İran mətbatının yaydığı xəbərə görəMahmud Ehmədinəjad yenədə İsrailin yerdən silinməsi haqda çıxışlar edib. Iran prezidenti bildirbki, “Sionist rejimi keçmiş səhvlərini təkrarlasa, bölgə ölkələrinin rahatlığı və asayişi naminə yer üzündən silinməlidir. İran bu məsələdə həmişə Livanın yanındadır”. Bu sözləri İran prezidenti Mahmud Əhmədinejad Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullahla telefon danışığında deyib. Telefon danışığında Livandakı vəziyyət və bölgə məsələləri müzakirə olunub. M. Əhmədinejad Livan “Hizbullah”ının İsrail qarşısında müqavimətini yüksək qiymətləndirib. Həsən Nəsrullah isə Livanın İsrailin hədə-qorxularına məhəl qoymadığını və hər hansı qorxu hissi keçirmədiyini söyləyib: “Onlar heç bir nəticə əldə etməyəcəklər. İsrail geostrateji cəhətdən elə bir yerdədir ki, müharibəyə başlaya bilməz. Ona görə də hədə-qorxularla psixoloji müharibəyə başlayıb. Bu da baş tutmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar