SON XƏBƏRLƏR

Ombudsman Ermənistanın törətdiyi qətliamlarla bağlı müraciət edib

2022.02.10, 12:51
Ombudsman Ermənistanın törətdiyi qətliamlarla bağlı müraciət edib

Gunaz.tv

Ombudsman Aparatından verilən xəbərə görə, müraciətdə bildirilib ki, tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olub.

Qeyd edilib ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olub. 10-12 fevral 1992-ci il tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırım cinayəti törədərək, içərisində uşaq, qadın və ahıl insanlar olmaqla 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb:

"Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər. 

İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək". (azvision.az)


Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar