SON XƏBƏRLƏR

Məhkəmə sistemini korrupsiyada ittiham edən deputat məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Məhkəmə sistemini korrupsiyada ittiham edən deputat məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin millət vəkili Mahmud Sadiqi bu gün 28 saylı İnqilab Məhkəməsində keçiriləcək məhkəməyə çağırıldığı barədə məlumat yayıb.

 

Deputatın sözlərinə görə, Tehranın mədəniyyət və media cinayətləri üzrə fəaliyyət göstərən ədliyyə orqanı tərəfindən ona qarşı “dövlət əleyhinə təbliğat” ittihamı ilə cinayət işi başladılıb.

 

Qeyd etmək lazımdır ki, bu ittihamlar Mahmud Sadiqinin 6 dekabr 2016-cı il tarixində Əmir Kəbir Universitetində İranda rüşvətlə mübarizəyə həsr edilmiş görüşdə tələbələr qarşısında etdiyi çıxışla bağlıdır.

 

Deputat həmin çıxışında İranda korrupsiya faktlarından danışmışdı və rüşvətxorluğun yayılmasında məhkəmə sisteminin böyük “xidmətlər”inin olduğunu demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar