SON XƏBƏRLƏR

Amerika İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq etdi

2023.03.10, 09:26
Amerika İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq etdi

Gunaz.tv

Sözügedən qurumlar gizli maliyyə şəbəkəsi və “kölgə bankçılıq” yaratmaqla İrana sanksiyalardan yayınmağa kömək ediblər.

Amerikanın Maliyyə Nazirliyinin açıqlamasına görə, İranın "Xəlic-Fars Neft-Kimya Sənayesi Şirkəti" və "Trilins Neft-kimya Şirkəti" İranın sanksiyalardan xilas olması üçün gizli maliyyə şəbəkəsini təmin edən qurumlar sırasındadır.

Amerika Maliyyə Nazirliyi başqa bir açıqlamada İranın pilotsuz təyyarə proqramı ilə bağlı 5 şirkət və bir fiziki şəxsə də sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu şirkətlərin əksəriyyəti Çin və Honq Konqda yerləşir və İran Aviasiya Sənayesinə "Şahid 136" pilotsuz uçan aparatının istehsalına kömək ediblər.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar