Amerika İranın daha dörd şirkətinə sanksiya tətbiq etdi

31.03.2022, 11:32

Amerika İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbilə və Husilərin Ərəbistan və BƏƏ-yə hücumuna görə daha dörd İran şirkətinə sanksiya tətbiq edib.

Gunaz.tv Quote | Gunaz article

Amerikanın Maliyyə Nazirliyinə tabe olan Xarici Əmlaka Nəzarət İdarəsi İran İnqilab Keşikçiləri Korpusunun Ərbilə və Husilərin Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə hücumuna, habelə, raket proqramının inkişafına kömək edən bir neçə fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.

“Radio Fərda”nın verdiyi məlumata görə, barəsində sanksiya tətbiq edilən şəxslərdən biri Məhəmmədəli Hüseyni adlı iş adamı və ona aid şirkətlərdir.

Məhəmmədəli Hüseyni İranın raket proqramının gücləndirilməsi üçün bu ölkəyə ballistik raket hissələrinin alınmasını, raket hissələrinin "Sepah"ın Özünü Təmin və Təhqiqat Təşkilatına çatdırılmasında iştirak edib.

“Nüvə danışıqlarının davam etdirilməsinə baxmayaraq, Amerika İranın raket proqramını dəstəkləyən şəxsləri və qurumları hədəfə almaqdan çəkinməyəcək”-deyə, Amerikanın maliyyə nazirinin müşaviri Brayan Nelson bildirib.

O, bu qərarı Amerikanın "İranın qabaqcıl ballistik raketlər əldə etməsinin" qarşısını almaq və İran hökumətinin Amerikanın müttəfiqləri, region ölkələrinin ərazi bütövlüyünə qarşı təhdidlərinə cavab addımı olduğunu qeyd edib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda təyyarə qəzaya uğrayıb- İki nəfər yaralanıb

2022-08-10

gun az article

Onlarla siyasi və mədəni fəal İranda bəhailərə qarşı basqıları pisləyib

2022-08-10

gun az article

"Qızıl hisar" zindanında 46 məhbus edam ediləcək

2022-08-10

gun az article

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

2022-08-10

gun az article

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022-08-10

gun az article

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022-08-10

gun az article

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022-08-10

gun az article

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

2022-08-09

gun az article

Krımda hərbi aerodromda partlayışlar olub

2022-08-09

gun az article

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

2022-08-09

gun az article

İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib

2022-08-09

gun az article

İslam Oyunlarının təntənəli açılışı oldu

2022-08-09

gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xəbərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09