SON XƏBƏRLƏR

Amerika və Bəhreynin körfəzdə ilk pilotsuz uçan aparatlarının hərbi təlimləri keçirilib

2021.10.27, 11:31
Amerika və Bəhreynin körfəzdə ilk pilotsuz uçan aparatlarının hərbi təlimləri keçirilib

Gunaz.tv

Mərkəzi komandanlığı Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması ötən ay körfəzdə “59-cu Zərbət Qrupu” adlı süni intellekt texnologiyasına malik olan pilotsuz uçan aparatlar sistemindən istifadə edəcəyi barədə məlumat yaymışdı. 


ABŞ Dəniz Qüvvələrinin sözçüsü mediaya açıqlamasında deyib ki, Bəhreynlə birgə hərbi təlimlərin keçirilməsində məqsəd, regionda mövcud təhdidlərin (İran təhdidi-red) qarşısını almaq üçün müttəfiq ölkələrlə birgə əməkdaşlığı gücləndirməkdir. 


Bildirilir ki, Amerikanın körfəzdə hərbi qabiliyyətlərinin gücləndirilməsi regionda İranla İsrail arasında hərbi gərginliyin artaraq bölgəyə gəlib çatması, Bəhreyn hökumətinin isə ötən ildən başlayaraq İsraillə normal diplomatik əlaqələrə başladığını bildirməsi ilə bir vaxta təsadüf edir.


İran və İsrail ötən aylar bir-birini öz gəmilərinə qarşı hücumlarda günahlandırıblar. Ekspertlərin bildirdiyinə görə hər iki ölkə arasında yaşanan səssiz müharibə körfəz sularına qədər genişlənib.


Həmçinin bir sıra Qərb ölkələri ötən avqust ayında İranı Bİrləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında üzən İsrailin bir neft gəmisinə qarşı hücumda günahlandırıblar. Həmin hücumda İsrailə məxsus gəminin ekipaj heyətinin 2 üzvü həlak olub. 


Rəsmi Tehran həmin hücumda əli olduğunu rədd edərək, İsraili İrana zərbə vurmaq məqsədilə “saxta ssenarilər” hazırlayıb yaymaqda günahlandırmışdı. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar