SON XƏBƏRLƏR

"İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bütün variantlar masadadır"-Amerikanın İsraildəki səfiri

2022.08.11, 10:21
"İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bütün variantlar masadadır"-Amerikanın İsraildəki səfiri

Gunaz.tv

Səfir Tom Nides İsrailin Kanal 13 televizyasına müsahibəsində Amerika prezidentinin dediyi kimi, İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bildirib.

Ağ Ev rəsmiləri əvvəllər də İranın nüvə proqramı ilə bağlı oxşar bəyanatlar veriblər. Lakin onlar münaqişənin diplomatik yolla həllinə üstünlük verdiklərini bəyan ediblər.

İsrailin "Haaretz" qəzeti avqustun 9-da İsrail rəsmilərinə istinadən yazıb ki, bu ölkənin qiymətləndirməsinə görə, İranın Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırmaq üçün Avropa Birliyinin xarici siyasət rəsmisinin təqdim etdiyi son mətnlə razılaşması çətin görünür.

Bununla belə, “Israel HaYom” jurnalında nüvə razılaşmasından sonra mümkün şərtlərlə bağlı məqalə dərc olunub.

Bu yazıda bildirilir ki, nüvə razılaşması əldə olunsa belə, İslam Respublikası bir neçə həftə ərzində atom bombası əldə edə bilər.

Bunun baş verməsinin qarşısını isə ancaq hökumət rəsmilərinin siyasi qərarı ala bilər.

Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırılması üçün danışıqların əlaqələndirilməsinə cavabdeh olan Avropa Birliyinin xarici siyasət rəsmisi Cosef Borrell 8 avqustda Vyana danışıqlarının son raundunun sonunda müzakirənin yekun mətninin İran, Amerika və bu danışıqlarda iştirak edən başqa ölkələrin nümayəndə heyətlərinə verildiyini bildirib.

Bununla belə, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan “Nur News” saytı 10 avqust gecə İranda bu mətnin nəzərdən keçirilməsi üçün yüksək səviyyəli iclasın keçirilmədiyini elan edib.

“Danışıqlarda iştirak edən İran heyətinin Vyanadan qayıtmasından sonra Avropa Birliyi koordinatorunun təklif etdiyi ideyaların ekspertlər səviyyəsində araşdırılması prosesi başlayıb və davam edir”-deyə, "Nur News” saytı yazıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar