SON XƏBƏRLƏR

Merkel: “İranın Amerika ilə danışıqlardan öncə sanksiyaların ləğvini gözləməsi realist düşüncə deyil”

2021.10.20, 07:36
Merkel: “İranın Amerika ilə danışıqlardan öncə sanksiyaların ləğvini gözləməsi realist düşüncə deyil”

Gunaz.tv

GünAz TV: Almaniyanın baş kansleri Angela Merkel İranla Amerika arasında birbaşa danışıqların aparılmasını dəstəklədiyini bəyan edib.

 

O, ABŞ  və İran prezidentləri ilə görüşdükdən sonra bildirib ki, İranın danışıqlardan öncə qarşı tərəfdən sanksiyaları ləğv etməsini gözləməsi realist bdüşüncə deyil.

 

“Mən Birləşmiş Ştatlar və İran arasında danışıqlar başladılması istiqamətində təşəbbüsü dəstəkləyirəm. Amma əvvəlcə bütün sanksiyaların ləğv olunması, daha sonra danışıqların başlaması mümkün deyil. Bu, qeyri- realist düşüncədir”- deyə baş kansler BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı vurğulayıb.

 

Merkelin çıxışından bir neçə saat öncə İran prezidenti Həsən Ruhani Amerikanın bütün sanksiyaları ləğv etdiyi təqdirdə, ölkəsinin nüvə razılaşmasın üzərində kiçik dəyişikliklər və ya hər hansı təkmilləşdirmənin aparılması üçün danışıqlara başlamağa hazır olduğunu bəyan etmişdi.

 

Bunun qarşılığında ötən gün ABŞ prezidenti Donald Tramp İranın rəftarları dəyişmədiyi müddətcə sanksiyaların ləğv edilməyəcəyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar