SON XƏBƏRLƏR

Mirzə Xəzər vəfat edib

2021.10.20, 07:36
Mirzə Xəzər vəfat edib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib. 

 

Jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb. 

 

Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb. 

 

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib. 

 

Mirzə Xəzər ( Mikayıl) 1947-ci ildə Göyçay rayonunda doğulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar