SON XƏBƏRLƏR

Müəllimlərin hüquqlarını tələb edən Əhməd Təqəvi saxlanılıb – Əbhərdə

2021.10.20, 07:36
Müəllimlərin hüquqlarını tələb edən Əhməd Təqəvi saxlanılıb – Əbhərdə

Gunaz.tv

GünAz TV: Zəncan Əyalətinin Əbhər şəhərində təqaüdə çıxmış müəllim Əhməd Təqəvi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Müəllimlərin hüququnu müdafiə edən soydaşımız 2018-ci il dekabrın 24-də saxlansa da, bu barədə yenicə xəbər yayılıb.

 

Fəalın ailəsinə yaxın bir mənbə mövzu ilə bağlı “Herana” xəbər agentliyinə danışıb.

“Cənab Təqəvi dekabrın 24-ü yerli vaxtla saat 11 radələrində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O yaxalandığı gündən iki gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb, daha sonra onun vəziyyəti barədə heç bir məlumat əldə etmək mümkün olmayıb”- deyə o bildirib.

 

Əhməd Təqəvinin saxlanmasının səbəbi hələlik məlum deyil. Lakin onun 2018-ci il dekabrın 20-də Əbhərdə müəllimlərin keçirdiyi etiraz yığıncağındakı çıxışı ilə bağlı saxlandığı ehtimal olunur.

 

“Təqəvi dekabrın 20-də keçirilən etiraz yığıncağında çıxışı zamanı inflyasiya, yoxsulluq, müəllimlərin məişət problemləri və etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz bildirmişdir. O sözlərinin sonunda əlavə edib ki, mən hər gün buradan keçərək yaşlı analığıma baş çəkirəm. Məndən iki gün xəbər olmasa, özünüz bilin ki, Təqəvi haradadır!”- deyə mənbənin dediyinə görə Əhməd Təqəvi çıxışında qeyd edib.

 

Xatırladaq ki, 2018-ci il dekabrın 20-də Əbhər Şəhər İcra Hakimiyyəti binasının qarşısında çox sayda təqaüdə çıxmış müəllim etiraz yığıncağı keçirib, yığıncaqda bir çox tələb irəli sürülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar