SON XƏBƏRLƏR

Gənc bəhai Ayda Rasti Qəlati həbs edilib

2022.10.14, 10:00
Gənc bəhai Ayda Rasti Qəlati həbs edilib

Gunaz.tv

Onun hazırda Evin zindanının 209-cu təhlükəsizlik bölməsində istintaq altında olduğu bildirilsə də, ittihamı barədə məlumat əldə etmək mümkün olmayıb.

Sentyabrın 28-də həbs edildiyi qeyd edilən Ayda Rasi Qəlatinin ailəsinin onun durumu barədə məlumat almaq üçün bütün müraciətləri cavabsız qalıb.

Gənc bəhainin saxlanıldığı zaman noutbuk. telefon və yaddaş kartının məmurlar tərəfindən götürüldüyü bildirilir.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar