SON XƏBƏRLƏR

Netanyahudan Ruhaniyə sərt reaksiya: “İsrail qaniçən İran rejimi qarşısında özünü müdafiə etməyi yaxşı bacarır”

2021.10.20, 07:36
Netanyahudan Ruhaniyə sərt reaksiya: “İsrail qaniçən İran rejimi qarşısında özünü müdafiə etməyi yaxşı bacarır”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 25-də şəxsi “Twitter” səhifəsində paylaşdığı bir postda İran prezidenti Həsən Ruhaninin İsrailə qarşı bəyanatına sərt reaksiya verib.

 

Noyabrın 24-də Tehranda keçirilən Beynəlxalq İslam Birliyi Konfransında çıxış edən İran prezidenti Həsən Ruhani rəsmi Tel-Əvivə qarşı sərt bəyanatlar səsləndirərək, İsraili “saxta bir rejim” və bölgədə əmələ gəlmiş “xərçəng vəzi” adlandırıb.

 

Netanyahu paylaşdığı postda İran hakimiyyətini “terrorçu rejim” adlandıraraq, dünya ölkələrini İrana qarşı beynəlxalq sanksiyalara qoşulmağa çağırıb: “Öz çıxışında İsrailin məhvindən danışan Ruhaninin nifrət doğuran sözləri, təhdidə məruz qalan dünya birliyinin terrorçu İran rejiminə qarşı sanksiyalara niyə qoşulmalı olduğunun vacibliyini bir daha sübut etdi. İsrail isə, qaniçən İran rejimi qarşısında özünü müdafiə etməyi yaxşı bacarır”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar