SON XƏBƏRLƏR

Güneyli fəal Vəhid Əbhərinin məhkəmə iclası keçirilib

2021.10.30, 10:09
Güneyli fəal Vəhid Əbhərinin məhkəmə iclası keçirilib

Gunaz.tv

Hakim Rza Fruğinin başçılığı ilə Təbrizin 2-ci Cəza Məhkəməsinin 111-ci bölməsində keçirilən məhkəmə iclasında Vəhid Əbhərinin “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına baxılıb.

Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyytlərinə görə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 5 gün müddətinə dindirildikdən sonra sərbəst buraxılıb.

Bununla yanaşı Əbhəri 2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar