SON XƏBƏRLƏR

Co Bayden: "Amerika İranın qadınları və vətəndaşlarının yanındadır"

2022.10.04, 08:26
Co Bayden: "Amerika İranın qadınları və vətəndaşlarının yanındadır"

Gunaz.tv

"Etiraz edən öyrəncilər və qadınlar öz bərabər hüquqlarını və əsas insan ləyaqətini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsasını təşkil edən ədalətli və universal prinsipləri tələb edirlər",- deyə, Amerika prezidenti bildirib.

O, İran rejiminin onilliklər ərzində öz xalqını əsas azadlıqlardan məhrum etdiyini və sonrakı nəsillərin istəklərini güc və zorakılıqla boğduğunu deyib.

Bayden daha sonra vurğulayıb ki, Amerika təhlükəsiz və xarici internet xidmətlərinə daha çox çıxış yolu açmaqla iranlıların bu sahəyə çıxışını asanlaşdıracaq.

"Biz İran hakimiyyətini məsuliyyətə cəlb etməyə və iranlıların sərbəst şəkildə etiraz etmək hüquqlarını dəstəkləməyə davam edəcəyik",- deyə, Co Bayden əlavə edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar