Su qıtlığı yaşayan Xoyda tikilən su bəndinin yarımçıq qalması narazılıq doğurdu

04.03.2022, 10:59

Qərbi Azərbaycanın Xoy mahalında hökm sürən su çatışmazlığının aradan qaldırılması üçün tikilməsi nəzərdə tutulan bəndin inşasının qeyri-müəyyən qalması millət vəkilinin etirazına səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Yağıntıların azalması, yeraltı və yerüstü su qaynaqlarının düzgün idarə edilməməsi Xoy şəhərində içməli su çatışmazlığının yaranmasına səbəb olub.

Bunun bir sıra yerli məsulların əhalinin bölgədən köç edəcəyi ilə bağlı xəbərdarlıqlarına səbəb olmasına baxmayaraq, problemin həlli lə bağlı nəzərdə tutulan layihələrin ləğv edilməsi narazılıq yaradıb.

Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayədəsi Adil Nəcəfzadə yarım rəsmi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada su çatışmazlığının aradan qaldırılması üçün yeni bəndlərin tikintisinə ehtiyac olduğunu deyib.

“Məsələni yalnız Xoy şəhərinin içməli su problemini həll etməklə aradan qaldırmaq mümkün deyil.

Xoy çaylarının suları hədərə axır və qrunt sularından həddən artıq istifadə olunduğundan Xoy düzündə torpaq çökməsi müşahidə olunur.

Onun aradan qaldırılması, kənd təsərrüfatı və sənaye sularının təmin edilməsi üçün bəndlər, su anbarları tikilməlidir”-deyə, millət vəkili bildirib.

Adil Nəcəfzadənin sözlərinə görə, hazırda dövlət yeni bəndlərin tikintisi üçün büdcə ayırmaq istəmir və buna görə də, Qazan su bəndinin tikintisi ləğv edilib.

Qeyd edək ki, su çatışmazlığı ilə yanaşı yeraltı su qaynaqlarının tükənməsi nəticəsində Xoy düzündə torpaq çökməsi təhlükəli səviyyəyə çatıb.

 Adil Nəcəfzadə Xoy düzündə hər il ortalama 12 santimetr torpaq çökməsinin qeydə alındığını deyib və bunun yaxın gələcəkdə təhlükəli ekoloji problemə çevriləcəyi barədə xəbərdarlıq edib.

“Düzdə baş verən çökmənin bir hissəsi Xoy şəhərinin yerləşdiyi ərazini əhatə edir. Bundan artıq çökmə baş verərsə yeraltı boşluqların aktivləşməsi nəticəsində şəhər ciddi böhran və dağıntılarla üz-üzə qala, yaşayış yerləri məhv ola bilər”-deyə, Nəcəfzadə bildirib.

Bundan bir müddət öncə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə danışmışdı.

C.E 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01