Qərbi Azərbaycan və Qəzvin əyalətlərində koronavirusa yoluxlanların sayı kəskin artıb

09.03.2020, 14:30

GünAz TV: Güney Azərbaycanda koronavirus böhranı dərinləşərək davam edir.

 

Ötən günlərdə ölkənin digər əyalətlərinə nisbətən koronavirusun az yayıldığı deyilən Qərbi Azərbaycanda virusa yoluxanların sayında sıçrayış olub.

 

Bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin rəisi Dr. Cavad Ağazadə “İsna” xəbər agentliyinə məlumat verib.

 

O son 24 saat ərzində virusa yoluxanlara 13 nəfərin əlavə olunduğunu bildirib.

 

Tibb univesitetinin rəisinin sözlərinə görə, Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 55, bu virusdan ölənlərin sayı isə 2 nəfərə çatıb.

 

Dr. Cavad Ağazadə qarşıdakı həftə ərzində koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edənlər və analiz cavabının müsbət olacağı xəstələrin sayında artım gözlənildiyini bildirib. O böhrandan qurturmaq üçün hər kəsi imkan daxilində evdən şəhərə çıxmamağa çağırıb.

 

Bu arada Qəzvin Əyaləti üzrə Koronavirusla Mübarizə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hüseyn Biniyaz Qəzvin Əyalətinin son günlərdə ölkədə koronavirus böhranı ilə bağlı birinci əyalətlər sırasında yer aldığını bildirib. O vurğulayıb ki, əhalinin bir hissəsinin önləyici tədbirlər və edilən tövsiyyələrə əməl etməməsi əyalətdə virus böhranının dərinləşməsinə səbəb olub.

 

Qeyd edək ki, elan olunan son məlumata görə, hal-hazırda Qəzvin Əyalətində 207 nəfərin koronavirusa yoluxduğu məlum olub. Virusa yoluxanlardan 14-ü ötən günlərdə həyatını itirib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21