SON XƏBƏRLƏR

SEPAH rəsmisi: “Körfəzdə amerikalılarla qarşıdurmalarda 9 şəhid vermişik, əvəzində isə onlara 9 şillə vurmuşuq”

2021.11.22, 12:30
SEPAH rəsmisi: “Körfəzdə amerikalılarla qarşıdurmalarda 9 şəhid vermişik, əvəzində isə onlara 9 şillə vurmuşuq”

Gunaz.tv

“Tələbə Bəsic Milli Konqresi”nin toplantısında çıxış edən Təngsiri SEPAH-la Amerika hərbi qüvvələri arasında qarşıdurmaların konkret harada və nə zaman baş verdiyini açıqlamasa da iddia edib ki, SEPAH-çılar amerikalılara 9 şillə vurublar.

“Amerikalılarla birbaşa qarşıdurmalarda 9 şəhid vermişik, əvəzində amerikalılara yadda qalan 9 şillə də vurmuşuq. Lakin bəzi mülahizələrə görə, baş verənlər mediaya işıqlandırılmayıb”, -deyə SEPAH-ın quru qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib.

Təngsiri, amerikalılarla qarşıdurmalarda öldürülən SEPAH-çıların adlarını açıqlamayıb.

Qeyd edək ki, SEPAH terror təşkilatının körfəzdəki sürət qayıqları vaxtaşırı dəniz quldurları kimi davranaraq beynəlxalq sularda hərəkət edən ticarət gəmilərini müxtəlif bəhanələrlə saxlayır və ya Amerikanın hərbi gəmilərinə yaxınlaşaraq, qeyri-peşəkar provokativ hərəkətlər edirlər. 

Lakin SEPAH-ın sürət qayıqları hər dəfə Amerika hərbi gəmilərinin xəbərdarlıq atəşindən sonra istiqamətlərini dəyişərək geri çəkilməyə məcbur olurlar. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar