SON XƏBƏRLƏR

"Traxtur"dan vacib qələbə: Tehran klubunu məğlub etdi

2022.05.10, 04:34
"Traxtur"dan vacib qələbə: Tehran klubunu məğlub etdi

Gunaz.tv

Mayın 9-u yerli vaxtla saat 17:30-da Təbrizin “Səhənd” stadionunda baş tutan görüşdə Azərbaycan klubu 3-2 hesabı ilə qələbə qazanıb.

Bununla da "Traxtur" 24 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü,  "Həvadar" klubu isə isə 31 xalla 9-cu pillədə qərarlaşıb. 

Stadiona toplaşan azarkeşlər "Traxtur"a dəstək veriblər. Eyni zamanda “türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirilib.

Qeyd edək ki, son illər "Traxtur"da baş verən dəyişiklik və maliyyə böhran Azərbaycan klubunun zəifləməsinə səbəb olub.

Bir neçə baş məşqçinin dəyişdirilməsindən sonra fevralın sonundan "Traxtur"a türkiyəli baş məşqçi Ərtoğrul Sağlam rəhbərlik etməyə başlayıb.

Türk mütəxəssi qısa müddətdə komandanın turnir cədvəlində irəliləməsinə nail olub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar