SON XƏBƏRLƏR

"Həbs edilənlər məhkəməyə qədər azad olunmayacaqlar"-İran Daxili İşlər Nazirliyi

2022.10.10, 10:45
"Həbs edilənlər məhkəməyə qədər azad olunmayacaqlar"-İran Daxili İşlər Nazirliyi

Gunaz.tv

Seyid Məcid Mirəhmədi onların məhkəmələrinin sürətlə aparılacağı və onlar üçün çox qəti və şiddətli hökmlər veriləcəyini bildirib.

O, başqa İran rəsmiləri kimi kütləvi etiraz aksiyalarının Amerika və İsrailin işi olduğuunu iddia edib və bu nümayişlərin əsas məqsədinin ölkənin sabitlik və təhlükəsizliyinə zərbə vurmaq olduğunu söyləyib.

Mirəhmədi son vaxtlar xaricdə fəaliyyət göstərən media orqanlarının təbliğatının baş verən hadisələrə təsirindən danışıb və bir daha sosial media, internetin, habelə peyk antenalarının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin rəsmisinin bəyanatından saxlanılanlara qarşı "xarici qüvvələrə casusluq" ittihamlarının irəli sürüləcəyi ehtimal edilir.

Son günlər nümayişlərin dahada kütləviləşdiyindən qorxuya düşən rejim nümayəndələri etirazçılara qarşı ən sərt tədbirlərin görülməsi tələbi ilə çıxış edirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar