SON XƏBƏRLƏR

İran rəsmisi: “Vyanada “nüvə danışıqları” deyə bir şeyimiz yoxdur”

2021.11.11, 12:50
İran rəsmisi: “Vyanada “nüvə danışıqları” deyə bir şeyimiz yoxdur”

Gunaz.tv

O deyib ki, İran Vanadakı danışıqların 7-ci mərhələsinə qatılsa da Qərblə nüvə danışıqları aparmayacaq.


“Bizim artıq Vyanada “nüvə danışıqları” deyə bir şeyimiz yoxdur. Bu xüsusda hər hansı bir müzakirə aparılmayacaq. Çünki nüvə mövzusu və onunla bağlı razılaşma 2015-ci ildə İranla 5+1 qrupu arasında tam əldə olunub.


Hesab edirik ki, Vyanadakı növbəti danışıqların əsas mövzusu, Amerika Birləşmiş Ştatlarının birtərəfli olaraq, həmin razılaşmadan çıxmasının mənfi nəticələri və ölkəmizə qarşı tətbiq edilən sanksiyaların ləğv olunması məsələsi olacaq”, -deyə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni bildirib.


Avropa Birliyi və Amerika Əli Baqiri Kəninin bu bəyanatına hələlik hər hansı bir reaksiya verməyiblər.


Xatırladaq ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını dirçəltmək üçün Vyanada Tehranla Qərb arasında 6 mərhələdə danışıqlar aparılıb. Lakin indiyə qədər konkret hər hansı bir nəticəsi olmmayan danışıqlar İbrahim Rəisinin İran prezidentliyinə seçilməsindən sonra rəsmi Tehranın istəyi ilə müvəqqəti olaraq dayandırılıb.


İranla Avropa Birliyi rəsmiləri arasında əldə olunan razılığa əsasən, Vyanadakı danışıqların 7-ci mərhələsinə noyabrın 29-da (Azərin 8-də) başlanılacaq.

اختصاصی|زمان اولین دور مذاکرات احیای برجام در دولت رئیسی مشخص شد- اخبار  دیپلماسی ایران - اخبار بین الملل تسنیم | Tasnim 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar