SON XƏBƏRLƏR

İran Dövlət Televiziyasının operatoru Kabildə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb

2021.10.30, 11:45
İran Dövlət Televiziyasının operatoru Kabildə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb

Gunaz.tv

Yayılan məlumata görə, hadisə oktyabrın 29-u yerli vaxtla axşam saat 20:00-da Kabil şəhərinin küçələrindən birində baş verib.


Həyat yoldaşı və uşağı ilə birlikdə şəxsi avtomobilində hərəkət edən İran Dövlət Televiziyasının əfqanıstanlı əməkdaşı motosiklet sürən iki naməlum silahlı şəxsin hücumuna məruz qalıb.


Bildirilir ki, hücumçular gənc operatorun avtomobilinə odlu silahlardan atəş açsalar da, atılan 7 güllədən yalnız biri onun çənə nahiyəsinə dəyib və o cəld tərpənərək avtomobili hadisə yerindən uzaqlaşdıra bilib.


Gənc operatorun ailə üzvlərinin hadisədən sağ-salamat çıxdığı bildirilir.


Yaraqlı motosikletç hücumçular hadisə yerindən qaça biliblər. 


Qeyd edilir ki, hadisədən sonra Talibançılar İran televiziyasının əməkdaşı olan gənc operatorun təhlükəsizliyini qorunmaq məsuliyyətini öz üzərlərinə götürüblər.


Əlirza Şərifiinin çənə nahiyəsindən cüzi bədən xəsarəti aldığı bildirilir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar