SON XƏBƏRLƏR

İranda daha 3 məhkum edam edilib

2021.11.06, 11:27
İranda daha 3 məhkum edam edilib

Gunaz.tv

Edamlar İranın Kərəc, Zahidan və Məşhəd şəhərlərində həyata keçirilib. 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bundan əvvəl qətl ittihamı ilə həbs edilən 33 yaşlı məhkum Mənuçehr Kazimi Vərmələ noyabrın 3-ü səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

Həmin gün eyni ittihamla soyadı açıqlanmayan Səid adlı 19 yaşlı daha bir məhkum Mşhəd şəhərinin həbsxanasında dar ağacından asılıb.

Yayılan məlumata əsasən, həmçinin qətl ittihamı ilə ölümə məhkum edilən Cavad Qəlcayi adlı adlı daha bir gənc məhkum İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin həbsxanasında dara çəkilib.

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar