SON XƏBƏRLƏR

İranda dolların bahalaşmasından sonra ölkədə istehsal edilən keyfiyyətsiz avtomobillərin qiyməti də qalxıb

2021.12.06, 12:31
İranda dolların bahalaşmasından sonra ölkədə istehsal edilən keyfiyyətsiz avtomobillərin qiyməti də qalxıb

Gunaz.tv

O deyib ki, dolların məzənnəsi sabit qalmayacağı təqdirdə avtomobil bazarında yaşanan duğunluq davam edəcək.

“Son iki gündə dolların qiymətinin bahalaşmasından sonra “Prayd” və “Kuik” avtomobillərin qiyməti 2-3 milyon tümən, “Pejo 202 və 207” markalı avtomobillərin qiyməti isə 5-6 milyon tümən artıb. 

Lakin avtomobillərin qiymətində baş verən dəyişikliklərdən asılı olmayaraq, avtomobil bazarında çoxdan yaranmış durğunluq davam edir və avtomobil alanların sayı da azdır”, -deyə Tehran Avtomobil Sərgiçiləri İttifaqının rəisi Səid Mötəməni bildirib.

Ekspertlər isə hesab edirlər ki, İrnda istehsal edilən keyfiyyətsiz avtomobillərə qoyulan yüksək qiymətlər real deyil. Həmçinin qeyd edilir ki, xarici avtomobillərin ölkəyə idxalına qadağa qoyulması da İranın avtomobil bazarında hər hansı bir rəqabətin qarşısını alıb.

Xatırladaq ki, dekabrın 4-də İranda ABŞ dollarının məzənnəsi qalxaraq yenidən rekord qırıb.

Bildirilir ki, həmin gün İranın azad valyuta bazarında 1 ABŞ dolları 30 min 270 tümən qarşılığında mübadilə edilib.

Dolların qiymətinin yenidən kəskin artmağa başlaması, nüvə razılaşmasının canlandırılması üçün Qərblə Tehran arasında Vyanada aparılan danışıqların 7-ci mərhələsinin məğlubiyyətə uğraması ilə əlaqələndirilir. 

قیمت خودرو درب کارخانه تا پایان سال کاهش می‌یابد؟

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar