Xamneyini təhqir etməkdə suçlandırılan reper həbsə məhkum edildi

25.01.2022, 17:29

İranda etirazçı repin nümayəndələrindən olan gənc sənətçi Tumac Salehi sosial şəbəkələrdə hazırlayıb yaydığı etiraz və üsyan xarakterli bir neçə əsərinə görə 6 ay şərti həbs cəzasına məhkum edilib. Ona həmçinin nağd pul cəriməsi də kəsilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Tumac Salehi yanvarın 24-də “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb.

O bildirib ki, məhkəmənin ona qarşı çıxardığı 6 ay həbs qərarı şərtidir və hökmün icrası bir il müddətinə təxirə salınıb.

Tehran məhkəməsi gənc repçini yaydığı əsərlərində İran rəhbəri Əli Xamneyini təhqir etməkdə və sistemə qarşı təbliğat aparmaqda günahlandırıb.

Xatırladaq ki, Tumac Salehi ilk dəfə olaraq, 2021-ci ilin sentyabr ayında İran təhlükəsizlik qüvvələrinin mənzilinə hücumu zamanı həbs edilsə də, o bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azad edilib. 

Gənc repçi bir neçə ay əvvəl “Normal həyat” və “Özün üçün sıçan yuvası al” adlı iki rep əsəri ilə sosial şəbəkələrdə şöhrət qazanıb.

O, həmin əsərlərində İran İslam Respublikası və onun rəhbəri Əli Xamneyinin müxtəlif sahələrdə apardığı yarıtmaz siyasəti nəticəsində ölkədə baş alıb gedən yoxsulluğa, korrupsiyaya və repressiyalara öz etirazını bildirib.

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronovirus yoluxan uşaqların sayı artıb

2022-05-25

gun az article

Güney Azərbaycanda dəmiryolu işçiləri etirazlara başlayıb

2022-05-25

gun az article

Güney Azərbaycan ali məktəbləri Ərzrum Universiteti ilə əməkdaşlıq edəcək

2022-05-25

gun az article

Şərqi Azərbaycanda məktəb və dövlət idarələri bağlandı

2022-05-25

gun az article

Güneyli alimin edam hökmünün ləğvi istəyi ilə mitinqə çağırış edilib

2022-05-25

gun az article

Abbas Lisani yenidən əməliyyat olunub

2022-05-25

gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24

gun az article

“Azadlıq səsi”ndə müzakirə:  “1 Xordad 1 (22 may) qiyamının ildönümü”-VİDEO

2022-05-24

gun az article

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

2022-05-24

gun az article

Təbrizdə işçilər etiraz aksiyası keçirib

2022-05-24

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyib

2022-05-23

gun az article

Abbas Lisani məhkəməyə çağırılıb

2022-05-23

gun az article

"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

2022-05-23

gun az article

Zənganda məhkum edam edilib

2022-05-23

gun az article

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022-05-23