SON XƏBƏRLƏR

İranda vacib malların qiyməti 2-4 dəfə bahalaşıb

2022.08.03, 10:41
İranda vacib malların qiyməti 2-4 dəfə bahalaşıb

Gunaz.tv

Məlumatda qida və içki sektorunda iyulda inflyasiya səviyyəsinin İranın heç bir əyalətində 70%-dən aşağı olmadığı bildirilir.

Qeyd olunur ki, insanların dolanışıq ehtiyaclarının inflyasiya səviyyəsi bu müddət ərzində 10 əyalətdə 90%-dən çox olub.

Bir ildə maye yağın qiyməti 4 dəfədən çox, bərk bitki yağının qiyməti isə 3 dəfədən çox bahalaşıb.

İran düyüsü 188,4 faiz, kartof 173,5 faiz, makaron isə 166 faizlə qiymət artımının növbəti kateqoriyalarında yer alıblar.

Statistika Mərkəzinin məlumatında süd və süd məhsulları, yumurta, ət, qənd, çay və bir sıra başqa vacib məllarında qiymətində kəskin artım olduğu bildirilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar