SON XƏBƏRLƏR

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021.12.07, 12:01
İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin  ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

Gunaz.tv

Axund Cəfəri iddia edib ki, son etirazlarda həbs edilən əkinçilərdən bəziləri müvəqqəti olaraq azadlığa buraxılıb.

“İsfahan etirazlarında həbs edilənlərə qarşı irəli sürülən ittihamları araşdırmaq üçün xüsusi şöbə yaradılıb. 

Son etirazlarda həbs olunanlardan bəziləri də mülki vəsiqə girovu qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Polis tərəfindən tutulan və etiraz aksiyalarının əsas provokatorları olan bir neçə nəfər də hazırda müvəqqəti həbsdə saxlanılırlar”, -deyə İsfahan ədliyyəsinin rəisi axund Əsədullah Cəfəri bildirib. 

Xatırladaq ki, noyabrın 26-dan bu yana İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin etirazçı fermerlərə yaxın məsafədən saçma tüfənglərdən açdığı birbaşa atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözündən kor olub. 

İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

هشدارهای تجمع مردم اصفهان

4ECEC6AE-5F32-4A91-8907-91D1798C140D_w1597_n_r1_st.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar