SON XƏBƏRLƏR

İranlı axund İsraillə diplomatik münasibətlərini normallaşdıran qonşu ölkələri təhdid etdi

2021.11.06, 09:23
İranlı axund İsraillə diplomatik münasibətlərini normallaşdıran qonşu ölkələri təhdid etdi

Gunaz.tv

 Öz çıxışında regionun bir sıra ölkələrini “Amerikanın cinayət ortaqı” olmaqda günahlandıran Əhməd Xatəmi deyib ki, İran öz qonşuları ilə həmişə yaxşı münasibət qurmağa çalışsa da, onlardan pislikdən başqa bir şey görməyib.


“Qonşularla dinc yanaşı yaşamaq və onlarla yola getmək prinsipi bizim ideologiyamızın əsas dəyərlərindən biridir. Lakin bizim qonşuluq prinsip və şərtlərinə əməl etdiyimiz bir halda onardan pislik və namərlik görmək və buna dözmək bizim üçün çətindir.


Mən üzümü qonşu ölkələrə tutub deyirəm, İran sizin qonşunuz olaraq, regionun hərbi baxımdan birinci qüdrəti və gücüsür. Öz yaxşı və güclü qonşunuzla qardaşcasına davranın. Əks təqdirdə bu alovun tüstüsü öz gözlərinizə gedəcək. 


Bunu da bilin ki, sizlər qəsbkar sionist rejimi ilə birlikdə quyunun dibinə düşüb məhv olacaqsınız”, -deyə Tehranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar