Qərbi Azərbaycanın polis rəisi mədəni fəalları "quldur" və "əncəbilərin əlaltısı" adlandırıb

17.07.2022, 17:30

Qərbi Azərbaycan əyalətinin Polis İdarəsinin başçısı Rəhim Cahanbəxş iyulun 16-da Urmu gölü ilə bağlı keçirilən aksiyalara qatılan fəalları quldur adlandırıb və həbslərin həyata keçirildiyini deyib.

Gunaz.tv Quote | Gunaz article

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarım rəsmi "Fars" xəbər agentliyinin yazdığına görə, polis rəisi etirazçıları "əks-inqilabçı", "münafiq" adlandıraraq onların ümumi əmlaka ziyan vurmaq istədikləri üçün saxlanıldıqlarını iddia edib.

Cahanbəxş Urmu gölü ilə bağlı aksiyalara çağırışların "əcnəbilərə bağlı" və "xain qruplar" tərəfindən edildiyini iddia edərək onların vətəndaşların təhlükəsizliyinə xələl gətirmələrinə icazə verilməyəyəcəyini söyləyib.

O, bir çox etirazçının saxlanıldığını bildirib, sosial media fəalları və istifadəçilərini hədələyərək onlara qarşı ölçü götürüləcəyi bildirib.

"Təəssüflər olsun ki, bəzi insanlar bilmədən kiberməkanda gərginlik yaradan bu xəbərləri yenidən yayır və əslində belə xəbərlərlə vətəndaşların dincliyini pozurlar.

Bu gün kiber polisinə kiberməkanda həmin şəxslərin müəyyən edilərək məhkəmə sisteminə təhvil verilməsi tapşırılıb. Onlara qarşı qanuni tədbirlər görülməlidir"-deyə, Qərbi Azərbaycan əyalətinin polis rəisi internet istifadəçilərini təhdid edib.

Qeyd edək ki, iyulun 16-da Urmu gölünün qurumasına və hakimiyyətin ekoloji fəlakətin qarşısını almamasına etiraz etmək üçün Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirilib.

Xüsusilə Urmu, Qoşaçay, Sulduz, Təbriz və Ərdəbil şəhərlərində baş tutan aksiyalar barədə İranın rəsmi mediası qərəzli məlumatlar yayıb.

Onlar etirazçılarıın bir neçə nəfər olduğunu, vətəndaşların təhlükəsizliyinə xələl gətirdiklərini və əcnəbi qüvvələrə, xarici dövlətlərə bağlı olduqlarını iddia ediblər. 

Xatırladaq ki, aksiyalar zamanı həmişə olduğu kimi etirazçıların hər hansı qanunsuz, vətəndaşların təhlükəsizliyinə xələl gətirən və ümumi əmlaka ziyan vuran hərəkətləri qeydə alınmayıb və onlar dinc aksiya keçirərək ekoloji problemlə bağlı şüarlar səsləndiriblər.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24