Ərdəbildə əyalətində məktəb binaları çatışmır

04.06.2022, 12:39

Ərdəbilin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Həsən Məhəmmədi əyalətdə məktəb çatışmazlığının olduğunu deyib.

Gunaz.tv Quote | Gunaz article

O, əyalətdə adambaşına düşən təhsil sahəsinin ölkə üzrə orta göstəricinin yarısı qədər olduğunu bildirib.

Həsən Məhəmmədi hər il ortalama 4-5 min uşağın məktəblilərə artırıldığı üçün onların qəbuluna uyğun sinif otaqlarının çoxalmadığını deyib.

Ərdəbildə hal-hazırda 66 kaneks (konteyner) məktəbin olduğunu qeyd edən Məhəmmədi ötən illərdə olduğu kimi yenidən onların standart məktəblərlə dəyişdiriləcəyini iddia edib.

Bundan öncə mart ayında Ərdəbil valisinin abadlıq işləri üzrə müavin Seyid Kamal Mircəfəriyan martin 20-də mediaya verdiyi məlumatda əyalətdə ən azı 1000 dərs otağının çatışmadığını demişdi.
O, ölkə üzrə adambaşına düşən təhsilsahəsinin ortalama 6.5 kvadratmetr olduğu halda, bunun  Ərdəbil əyalətində 4,2 kvadratmer təşkil etdiyini söyləyib.

Qeyd edək ki, Ərdəbil əyalətinin Məktəb Tikintisi Xeyriyyəçilər Assosiasiyasının başçısı Cavad Qurannevisin dediyinə görə, Ərdəbildə təhsil ocaqlarının əksəriyyəti yerli xeyriyyəçilərin hesabına tikilib.

O, son illərdə başçılıq etdiyi qurumun əyalətin müxtəlif bölgələrində, özəlliklə ucqar və yoxsul bölgələrdə 400 məktəb tikərək Təhsil Nazirliyinə təhvil verdiyini deyib. 

İllərdir ki, yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və maddi-texniki təchizatına dövlət tərəfindən büdcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.

Təhsil Nazirliyinin yerli nümayəndələri isə məsuliyyəti öz üzərindən atmağa çalışırlar. 

 “Məktəb tikintisi, təmiri və təhsil ocaqlarının maddi texniki təchizatı üçün mərkəzdən vəsait ayrılmır”-deyə yerli məsullar məsələni xeyriyyəçilərin hesabına həll etməyə çalışırlar.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social